Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq

17.12.2018 10:05

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-də başlayacaq.

Püşkatmada qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyacaq. Püşk zamanı 32 komanda 16 cütlük təşkil edəcək

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də keçiriləcək.

Səpələnmişlər

“Arsenal” (İngiltərə)

“Bayer” (Almaniya)

“Benfika” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Dinamo” (Kiyev, Ukrayna)

“Ayntraxt” (Almaniya)

“Genk” (Belçika)

“İnter” (İtaliya)

“Napoli” (İtaliya)

“Betis” (İspaniya)

“Zaltsburq” (Avstriya)

“Sevilya” (İspaniya)

“Valensiya” (İspaniya)

“Vilyarreal” (İspaniya)

“Zenit” (Rusiya)

Səpələnməmişlər

BATE (Belarus)

“Seltik” (Şotlandiya)

“Brügge” (Belçika)

“Fənərbaxça” (Türkiyə)

“Qalatasaray” (Türkiyə)

“Krasnodar” (Rusiya)

“Latsio” (İtaliya)

“Malmö” (İsveç)

“Olimpiakos” (Yunanıstan)

“Rapid” (Avstriya)

“Renn” (Fransa)

“Sportinq” (Portuqaliya)

“Şaxtyor” (Ukrayna)

“Slaviya” (Praqa, Çexiya)

“Viktoriya” (Plzen, Çexiya)

“Sürix” (İsveçrə)