Aleksandr Səmədov finalın səfiri olacaq

22.04.2019 09:31

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib. 

Rusiyanın paytaxtı Moskvanın təmsilçisi “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədov UAL Final-2019-un səfiri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.