Bakı 2019: Ulduzlar Finalı

Maykl Esyen

Maykl Esyen qanalı sabiq futbolçudur. O, Qana milli komandasının formasında 50-dən çox oyun keçirib. 2005-ci ildə Esyen "Çelsi" klubu ilə 24,4 milyon funt sterlinq dəyərində müqavilə imzalayır və beləcə, Afrika futbolunun ən bahalı futbolçusu kimi tarixə keçir. Futbolçu 2006 və 2010-cu illərdə "Çelsi" klubuna Premyer Liqanı qazanmağa kömək edir, eyni zamanda, İngiltərə Kubokunun və Liqa Kubokunun qazanılmasında əvəzsiz rol oynayır. O, 2012-ci ildə UEFA Çempionlar Liqasını qazanır. Bundan əvvəl isə 2008-ci ildə Çempionlar Liqasının finalçısı olan Esyenin 2006-07 və 2008-09 mövsümündə vurduğu möhtəşəm qollar mövsümün ən yaxşısı seçilir.

Deku

Deku kimi tanınan Anderson Luis de Souza yarımmüdafiəçi mövqeyində çıxış edən sabiq portuqaliyalı futbolçudur.

Deku "Porto" və "Barselona"nın heyətində iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.  2003-cü ildə "Porto"nun heyətində UEFA Kubokuna sahib olub. 2004-cü ildə UEFA Çempionlar Liqasının finalında oyunun ən yaxşısı adına layiq görülüb. Həmin ildə "Qızıl Top" uğrunda mübarizədə "gümüş top"a layiq görülüb, eyni zamanda, UEFA tərəfindən 2003-04 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Portuqaliya millisinin heyətində 75 oyuna 5 qol vuran Deku 2004-cü il Avropa Çempionatında gümüş medal qazanıb, 2006-cı ildə Dünya Kubokunda bürünc medalı son anda əldən verib. Deku oynadığı bir çox klubların - "Barselona", "Porto", "Çelsi" və "Fluminense"nin heyətində ölkə çempionu adını qazanıb.

Yeji Dudek

Yeji Dudek polşalı sabiq qapıçıdır. Karyerasının ən parlaq dönəmini "Liverpul"un heyətində keçirən Dudek 2005-ci ildə UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. "Mersisaydlılar"ın heyətində 228 oyun keçirən polşalı qapıçı bu klubun heyətində İngiltərə Federasiya Kuboku və Liqa Kubokunu da qazanıb. Karyerasının son illərini İspaniyanın nəhəngi "Real Madrid"in heyətində keçirib. Polşa futbol məktəbinin yetirməsi millinin heyətinə 60 oyunda dəvət olunub.

"Liverpul" karyerasından əvvəl “Feyenoord"un heyətində 155 oyun keçirib və ölkə çempionu adını qazanıb. 2015-ci il Varşavada keçirilən UEFA Avropa Liqasının finalında səfir olub.

Vəli Qasımov

Vəli Qasımov azərbaycanlı sabiq futbolçudur. Karyerasında "Dinamo" (Moskva), "Spartak" (Moskva), "Real Betis" və "Vitoriya" (Setubal) kimi əcnəbi klubların şərəfini qoruyub.

Peşəkar futbolçu karyerasına "Mayak Xarkov"da başlayıb. 15 yaşında SSRİ yığmasına daxil edilir və 16 yaşında artıq öz yaş qrupunda Avropa Çempionatını qazanıb.

 "Spartak" klubundan sonra “Dinamo”ya transfer olan Vəli Qasımov paytaxt komandasının heyətində Rusiya Çempionatının bombardiri olub.

Daha sonra İspaniyanın “Real Betis”, “Albasete” və “Esixa” klublarında çıxış edib. 1997-ci ildə Portuqaliyanın “Vitoriya” Setubal klubuna keçir və 2001-ci ildə həmin ölkənin “İmortal” klubunda karyerasını bitirib.

1994-1998-ci illərdə Azərbaycan milli komandasının heyətində 14 oyunda çıxış edib. Vəli Qasımov 29 mayda Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyununun səfiridir.

Revaz Arveladze

Gürcüstan və Almaniya klublarında çıxış etmiş sabiq futbolçudur. Digər məşhur gürcü futbolçular – Şota və Arçil Arveladzelərin böyük qardaşıdır.  Karyerasının ən yaxşı illərini Tbilisi “Dinamo”sunda keçirən Revaz Almaniyanın “Köln”, “Tennis”, “Hombuqr”, “Rot-Vayss” və Belçikanın “Mexelen” klublarında legioner həyatı yaşayıb. 1992-2000-ci illərdə Gürcüstan yığmasına dəvət alan futbolçu 8 il ərzində 11 oyun keçirib.

2004-cü ildə Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti, 2009-2015-ci illərdə isə Federasiyanın baş katibi olub.

Nazim Süleymanov

Nazim Süleymanov sabiq azərbaycanlı futbolçudur. Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə "Alaniya” (Vladiqafqaz) ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov, eyni zamanda, Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında "Spartak" (Moskva), "Jemçujina” (Soçi) kimi klubların adı var.

Gənc yaşlarında inamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası "Neftçi" klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində 177 oyuna 55 qol vuran futbolçu minlərlə futbolsevərin rəğbətini qazanır.

Nihat Kahveci

Nihat Kahveci türkiyəli sabit peşəkar futbolçudur. "Beşiktaş"ın yetirməsi olan hücumçu İspaniyanın "Villareal" və "Real Sosyedad" kimi klublarında da çıxış etmişdir. "Beşiktaş"ın heyətində Türkiyə çempionu və ölkə kubokunun qalibi olan Kahveci Türkiyə millisinin heyətində də Dünya Kubokunun və Avropa Çempionatının bürünc medallarını boynundan asmışdır.

Andrey Arşavin

Andrey Arşavin rusiyalı sabiq futbolçudur. Uzun müddət Rusiya millisinin kapitanlıq sarğısını daşımış təcrübəli yarımmüdafiəçi İngiltərədə “Arsenal” forması ilə göstərdiyi oyun və vurduğu qollarla azarkeşlərin ürəyini fəth edib. “Zenit”in yetirməsi olan Arşavin 2007-ci ildə doğma klubu ilə UEFA Kubokunu da başı üzərinə qaldırıb, üstəlik, həmin finalın ən yaxşı oyunçusu seçilib.

Selfi çəkdir - Qaydalar

İştirakçılar 23-24 fevralda Topaz Premyer Liqasının XVIII turunda (www.pfl.az/games?tur=18) oyunların keçiriləcəyi stadionlardan birində (oyun zamanı) selfi çəkdirməlidir.

Selfi mütləq şəxsi feysbuk hesabınızda paylaşılmalı və paylaşım hər kəs üçün açıq olmalıdır.

Şəkil mütləq #joinallstar həştəqi ilə paylaşılmalıdır.

Selfidə vacib şərtlərdən biri fonda oyunun gedişini əks etdirən məqamın öz əksini tapmasıdır.

Paylaşdığınız selfinin linki finalbaku2019.com saytında, qeydiyyat bölməsində, “feysbuk videosunun linki” xanasında yerləşdirilməlidir.

Yarışda iştirak etmək üçün mütləq qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçməyən iştirakçıların fotoları yarışa qəbul edilmir.

Son qeydiyyat tarixi: 1 MART, 21:00

Video çək - Qaydalar

Futbol oyunu zamanı vurduğunuz qolun və ya maraqlı futbol hərəkətinin görüntüsünü, eləcə də futbol məharətinizi göstərdiyiniz istənilən videonu çəkmək lazımdır.

Video mütləq şəxsi feysbuk hesabınızda paylaşılmalı və paylaşım hər kəs üçün açıq olmalıdır.

Video mütləq #joinallstar həştəqi ilə paylaşılmalıdır.

Paylaşdığınız videonun linki finalbaku2019.com saytında, qeydiyyat bölməsində,  “feysbuk videosunun linki” xanasında yerləşdirilıməlidir.

Videoda üzünüz aydın görünməlidir.

 Videonun müddəti 10 saniyədən çox olmamalıdır.

Montaj edilmiş videolar qəbul olunmayacaq.

Yarışda iştirak etmək üçün mütləq qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçməyən iştirakçıların videoları yarışa qəbul olunmayacaq.

Son qeydiyyat tarixi: 1 MART, 21:00


Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısı

Tarix: 3 Mart

Vaxt: 11:00

Videolar